Türkiyədə azərbaycanlı qadına təcavüz edildi


Kriminal 16 Mar 2018 11:57:00 226 0

Türkiyədə azərbaycanlı qadına təcavüz edildi

Türkiyənin Kocaeli şəhərində biri azərbaycanlı olmaqla iki qadın özünü "pizza kuryeri" adı ilə tanıdan 4 nəfər tərəfindən qaçırılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, qadınların sözlərinə görə pizza gətirənlər onları isti pizza yemək üçün mağazaya dəvət edib. Daha sonra özlərini polis kimi təqdim edən kuryerlər silah gücü ilə qadınları naməlum yerə gətirərək təcavüz ediblər.

Qaçırılan və təcavüzə məruz qalan digər qadın isə Qırğızıstan vətəndaşı olub.