Erməni politoloq: “İlk zərbə Yevlaxa vurulmalıdır” FOTO


Siyasət 16 Mar 2018 11:48:00 293 0

Erməni politoloq: “İlk zərbə Yevlaxa vurulmalıdır”  FOTO

 Dünya ictimaiyyəti, aprel müharibəsində olduğu kimi, bizim müdafiəmizə qalxmayacaq

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Yerevanda dərc olunan "Lragir" nəşrinə ermənistanlı politoloq Levon Şirinyan danışıb.

Erməni ekspert bildirib ki, Azərbaycan zirehli texnikasını təlimlərə təsadüfən çıxarmayıb və hərbi müdaxiləni də istisna etmir.

Daha sonra erməni ekspert "hər bir pozuntu zamanı zərbə vurmağa" çağırıb.

"İlk hesablama mərkəzi Yevlaxdır. Əgər Yevlaxa zərbə vurulsa, Azərbaycanın onurğası sınar. Biz buna hazır olmalıyıq. Bundan başqa, Ermənistan qabaqlayıcı müharibə metodlarını tətbiq etməlidir, bildirməlidir ki, təlim zamanı tanklar sərhədə 5 km-dən az məsafəyə yaxınlaşalar, zərbə endirəcəyik. Bizim belə hüququmuz var", - erməni politoloq əminliklə bildirib.