Afrində ötən gün 6 terrorçu öldürüldü,


Dünya 16 Mar 2018 11:39:00 232 0

Afrində ötən gün 6 terrorçu öldürüldü,

Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

Türkiyə Baş Qərargahı Suriyanın Afrin bölgəsində aparılan antiterror əməliyyatı ilə bağlı məlumat yayıb.

Son.az Türkiyə Silahlı Qüvvələrinin rəsmi Twitter səhifəsinə istinadla xəbər verir ki, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 3530 terrorçu məhv edilib. Şeyh Bilal, Calğam, Cerhatlı və Kassem kəndləri terrorçulardan azad olunub.