Sabiq dövlət katibi: “Dünyada iki böyük imperial güc var: facebook və google” FOTO


Dünya 16 Mar 2018 11:20:00 239 0

Sabiq dövlət katibi: “Dünyada iki böyük imperial güc var: facebook və google”  FOTO

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilən VI Qlobal Bakı Forumu bu gün "Regional təhlükəsizlik, regional sülh: Orta Şərq" adlı panellə davam edib.

Son.az APA-ya istinadən xəbər verir ki, panelin moderatoru Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmir Musa regional təhlükəsizliyə təhdid olan ikiqütblülükdən danışıb.

O bildirib ki, Rusiyanın Orta Şərqdə baş verən hadisələrə müdaxiləsinin sonunun necə olacağı, rəsmi Moskvanın son hərəkətləri barədə yaranan suallara bu forumda cavab tapılmalıdır: "Əvvəla "Orta Şərqdə nə baş verdi ki, bugünkü xaosa gətirib çıxartdı?" sualına cavab tapmalıyıq.  Əminəm ki, Orta Şərqdə ciddi səhvə yol vermişik. Bunun fonunda xarici müdaxilə nəticəsində "ərəb baharı" baş verdi".

Əmir Musanın fikrincə, Orta Şərqdə qarışıqlıq o zaman sona çatacaq ki, Fələstin dövləti ilə bağlı mübahisə bitsin: "Amma təəssüf ki, nəinki bu mübahisə başa çatır, əksinə ABŞ hələ də Yerusəlim məsələsini daha da qabardır. Bu da bu mübahisəni dərinləşdirir".

Livanın sabiq baş naziri Fuad Siniora isə bildirib ki, Osmanlı İmperiyası dağılandan sonra regionda siyasi faciələr, siyasi şoklar baş verib. O, hazırda baş verən proseslərdə İranı ittiham edib.

Rusiyanın baş nazirinin sabiq müavini, sabiq dövlət katibi Gennadi Burbulis deyib ki, SSRİ dağıldıqdan sonra regionda siyasi və hərbi gərginliklər daha da artıb: "Müstəqil Dövlətlər Birliyi adı altında qarşısını almağa cəhd etdik, təəssüf ki, kənar müdaxilələr buna imkan vermədi. Məsələn, ABŞ prezidentləri ata və oğul Buş bu prosesi öz qələbələri kimi qeyd etdilər".

O, SSRİ-nin soyuq müharibəyə qoşulmaqla böyük səhvə yol verdiyini bildirib: "Bu, bizim ən böyük səhvimiz idi. Məhz bu səbəb dən Sovet İttifaqı dağıldı və hazırda regionda bunun acı nəticələrini görürük".


Xəbərə aid fotolar