Əli Kərimli, Trabzon Bakı deyil FOTO


Siyasət 16 Mar 2018 09:55:00 285 0

Əli Kərimli, Trabzon Bakı deyil  FOTO

İşlədiyi şirkət maaşını vermədiyi üçün özünü yandırdı.

AXCP-nin Facebook səhifəsində paylaşılan xəbər özünə od vurmuş və ağrıya dözməyərək divar dibində aşağı çökmüş insanın fotosu ilə müşayiət olunur.

Əli Kərimlinin sədrlik etdiyi partiya bu minvalla "Azərbaycanda vətəndaşların dözülməz həyatı"nı əks etdirən məlumat və illüstrasiya ilə cəmiyyətdə qəzəb yaratmağa çalışır.

Fəqət, sədri kimi yalanlar paylaşmağa adət edən bu səhifədəki foto Azərbaycanda yox, Türkiyədə çəkilib.

Üzərinə benzin tökərək özünə od vuran isə fəhlə Mustafa Canbakkaldır. Trabzon şəhər sakini, 40 yaşlı M.Canbakkal işdən çıxarılmasına etiraz edərək özünə od vurmuşdu.

Fevralın 12-də o, bələdiyyə binasının damına dırmaşaraq özünü atmağa da çalışmışdı.

AXCP rəhbərliyinin bilərəkdən, qəsdli şəkildə xəyallarını reallıq kimi qələmə verməsindən cuşa gələn Facebook "trol"ları, deyəsən, Əli Kərimlinin patoloji yalançılığından həvəslənərək sosial şəbəkələrdə fırıldaqçılıq və saxtakarlıq edir, bunu normal sayırlar.

Onlar üçün normal ola bilər.

Normal ortamda isə belə davranışın çox pis adı var.

Orxan Hun Son.az


Xəbərə aid fotolar