Bakıda iki mənzildə yanğın olub


Digərləri 16 Mar 2018 09:09:02 222 0

Bakıda iki mənzildə yanğın olub

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 80 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik tikilmiş ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin hamamının tavanı 2 m2 sahədə yanıb, yüksək temperaturdan hamamın plastik qapısı əriyib.

Son.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.