Həştərxanda Azərbaycandan olan qanunsuz miqrantlar saxlanılıb


Sosial 16 Mar 2018 08:07:54 235 0

Həştərxanda Azərbaycandan olan qanunsuz miqrantlar saxlanılıb

Onlar inzibati məsuliyyətə cəlb olunacaq

Rusiyanın Həştərxan vilayətinin Krasnoyarsk rayonunda sərhədçilər tərəfidən 29 qanunsuz miqrant saxlanılıb.

“Report” "Astraxan 24" nəşrinə istinadən xəbər verir ki, onların arasında Azərbaycan vətəndaşları da var.

Sərhəd idarəsi qanun pozucularını inzibati məsuliyyətə cəlb olunmaları məqsədi ilə hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil veriblər.