Sərxoş halda qəza törədən sürücünün kimliyi məlum olub


Digərləri 16 Mar 2018 07:35:00 251 0

Sərxoş halda qəza törədən sürücünün kimliyi məlum olub

Şəmkir rayonunda avtomobilini dərəyə aşıran sürücünün kimliyi məlum olub.

Son.az report.az-a istinadən bildirir ki, rayonun Şəmkir-Gədəbəy yolunda avtomobilini aşıran şəxs Şəmkir rayon Yenigün kənd sakini, 1990-cı il təvəllüdlü Amil Vahid oğlu Aslanovdur.

Yaralı qəzanın şahidləri tərəfindən avtomobildən çıxarılaraq şəxsi maşınla xəstəxanaya aparılarkən yolda hadisə yerinə çağrılan təcili yardım maşınına təhvil verilib. Bundan sonra A.Aslanov Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralıya ilkin yardım göstərilərək evə buraxılıb.

İlkin məlumatlara görə, sürücü sərxoş halda avtomobilini idarə edib. Avtomobilə isə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.