Səudiyyə Ərəbistanı Yəmən Mərkəzi Bankına 2 milyard dollar köçürüb


İqtisadiyyat 16 Mar 2018 05:18:50 293 0

Səudiyyə Ərəbistanı Yəmən Mərkəzi Bankına 2 milyard dollar köçürüb

Depozit sazişi Ər-Riyadda imzalanıb

Səudiyyə Ərəbistanı Yəmən Mərkəzi Bankının (MB) hesabına 2 milyard dollar vəsait köçürüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Səudiyyənin SPA agentliyi məlumat yayıb.

Depozit sazişi Ər-Riyadda Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl-Caadan və Yəmən MB-nin sədri Məhəmməd bin Mansur Zammam arasında imzalanıb.

Məhəmməd əl-Caadanın sözlərinə görə, bu, Yəməndə maliyyə vəziyyətini yaxşılaşdıracaq və onun vətəndaşlarının həyat şəraitinə müsbət təsir göstərəcək.