Qadınlar, diqqət: kişini özünüzə bu cür aşiq edin


Digərləri 16 Mar 2018 04:30:00 350 0

Qadınlar, diqqət: kişini özünüzə bu cür aşiq edin

Birisinin diqqətini çəkmək hər şeydən əvvəl özünüzə güvənməniz və şəxsiyyətinizi olduğu kimi ortaya qoya bilmənizlə əlaqədardır.

Son.az ailem.az-a istinadən qadınlara kişini özünə aşiq etmənin yollarını təqdim edir.

Özünüz olun. Əgər saxta davranırsızsa, cazibədar görünmənizin önəmi yoxdur, çünki sevəcəyi şəxs siz deyilsiz.

Görünüşünüzə diqqət edin. Baxımlı olun. Birisinə cazibədar görünmək istəyirsizsə, özünüzü inkişaf etdirməlisiz. Bu, daha arıq olmaq üçün pəhrizlər saxlamalı,  qarderobunuzu başdan ayağa dəyişməli, ya fərqli dramatik saç kəsimi etməlisiz anlamına gəlməz. Sadəcə, yaxşı göründüyünüz geyimləri geyinin. Bu, ilk öncə özünüzə güvəni artıracaq, sonra ona cazibədar görünməyə kömək edəcək.

Dinləyin. Kişilər özləri haqqında danışmağı xoşlayarlar və bunu edərkən onları diqqətlə izləyən qadını cazibədar hesab edərlər. Yəni bir kişiyə təsir etmək üçün danışmaqdan çox dinləməyi bacarmalısız.

Gülün. Bir kişiyə təsir etmək üçün yumor anlayışınızın olduğunu göstərmək önəmlidir. Zarafatlarını anlamanız, gülməniz, hətta başqa zarafatla qarşılıq verməniz onun çox xoşuna gələcək.

Xoş davranın. Kişilər pozitiv qadınları sevərlər. Heç kim pessimist, neqativ düşüncəli bir qadınla vaxt keçirmək istəməz.

Şirin olun. Qadınlar bəzən pişik kimi davranarlar. Kişilər şirin və tünd xasiyyət olmayan qadınları sevərlər.

Flirt edin. Kişilər diqqət görmək və bəyənildiyini bilməkdən xoşlanar. Saçlarınızla oynamaq, kiçik təmaslar qurmaq,  anlatdıqlarını gülümsəmə və qəhqəhə ilə qarşılamaq işə yarayacaq.

Fərqli olun. Fərqli olmanız hər kəsin diqqətini çəkəcək. Qarşılaşdığı qızlardan daha fərqli biri olduğunuzun fərqinə varmaq onun işidir. Ancaq siz də hansısa mövzudan danışarkən şablon sözlərlə başlamayın.

Zərif olun. Dilinizin dolaşması, ayaqlarınızın titrəməsnə əngəl olmağa çalışın. Onun qarşısına özgüvəninizlə çıxın.

Fiziki təmas. Kişilər fiziki təması sevər və toxunmaq yaxınlıq qurmaq üçün ən sürətli yollardan biridir. Zarafat edərkən çiyninə toxuna, ya bir şey danışarkən əlinə barmaqlarınızla toxuna bilərsiz.