İraqda ABŞ-ın hərbi vertolyotu qəzaya uğrayıb


Dünya 16 Mar 2018 03:13:22 283 0

İraqda ABŞ-ın hərbi vertolyotu qəzaya uğrayıb

Hava gəmisinin göyərtəsində 7 nəfər olub

İraqın Suriya ilə sərhəddi yaxınlığında ABŞ-a məxsus "HH-60 Black Hawk" tipli hərbi vertolyot qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə Amerika komandanlığına istinadən ABC telekanalı məlumat yayıb.

Hava gəmisinin göyərtəsində 7 nəfərin olduğu bildirilir.

Telekanalın məlumatına görə, vertolyot vurulmayıb.

Hazırda ölən və xəsarət alanların sayı barədə məlumat yoxdur.

Hadisənin səbəbləri araşdırılır.