Mayamidə piyada körpüsü uçub, 10-ya yaxın isan ölüb
Dünya 16 Mar 2018 01:18:24 355 0
Körpünün dağıntıları altında azı 8 maşın qalıb
Ötən gün ABŞ-ın Florida ştatının Mayami şəhərində piyada körpüsünün uçması nəticəsində 6-10 nəfər həyatını itirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Floridadan olan senator Bill Nelsona istinadən CBS telekanalının yerli filialı məlumat yayıb.
Bundan əvvəl 1 nəfərin öldüyü, daha 6 nəfərin isə xəsarət aldığı məlumat verilmişdi. Körpünün dağıntıları altında azı 8 maşın qalıb.
Mənbə: report.az