Sahibkarlar üçün treninqlər keçirilib


Digərləri 15 Mar 2018 23:51:00 366 0

Sahibkarlar üçün treninqlər keçirilib

Kürdəmirdə və Qazaxda sahibkarlar üçün treninqlər keçirilib.

İqtisadiyyat Nazirliyindən Son.az-a verilən məlumata görə, "Made in Azerbaijan" brendi, investisiya təşviqi sənədi, kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması, biznesdə İKT-dən istifadə mövzularını əhatə edən treninqlərdə investisiya təşviqi sənədinin alınması və bu sənədi alan sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası, biznesdə sığortanın əhəmiyyəti və s. barədə ətraflı məlumat verilib.