İki "VAZ" toqquşub, xəsarət alan var


Digərləri 15 Mar 2018 23:45:00 395 0

İki "VAZ" toqquşub, xəsarət alan var

Ağdamda yol nəqliyyat hadisəsi baş verib. Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Eyvazlı kəndi ərazisində baş verib. Ağdam rayon sakini Ərganov Habil idarə etdiyi "VAZ 2106" markalı  02 BB 722 qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn Musa Quliyevə məxsus "VAZ 2104" markalı 90 KT 052 qeydiyyat nömrə nişanlı maşınla toqquşub daha sonra isə yol kənarındakı ağaca çırpılıb. "VAZ 2106" markalı avtomobilin sürücüsü müxtəlif xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.