Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 15 Mar 2018 23:21:00 251 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 14-də 65,78 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,07 dollar/barel azdır. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 14-də 65,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,06 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 14-də 60,47 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,07 dollar/barel azdır.