Evdə duz lampalarından istifadə edin


Digərləri 15 Mar 2018 23:27:00 282 0

Evdə duz lampalarından istifadə edin

Türkiyəli məşhur professor Canan Karatay duz lampaları ilə bağlı maraqlı açıqlamalar verib. Son.az ailem.az-a istinadən xəbər verir ki, professor bu lampaların hər evdə olmasını vacib sayır.

Xüsusilə də gecə yatmazdan qabaq otaqdakı işıqlar və telefonlar ətrafa pozitiv ion yayırlar. Bu ionlar isə sağlamlığı riskə atır. Lakin otaqda olan duz lampaları bu pozitiv ionları neqativ ionlara çevirərək sağlamlığı qoruyur.

Yalnız evlərdə deyil, ofis şəraitində də olmalıdır. Çünki bu lampalar insanda diqqət dağınıqlığının qarşısını alır və yorğunluğu azaldır.

Duz lampalarının müsbət təsirləri

- İstehsal etdiyi neqativ ionlar sayəsində uşaqların inkişafına kömək edir.

- Bədənə enerji verir.