VALİDEYNLƏR, DİQQƏT: Günlərlə düşməyən qızdırma bu xəstəliyin əlamətidir: "...ölüm faizi yüksəkdir"


Digərləri 15 Mar 2018 22:03:00 318 0

VALİDEYNLƏR, DİQQƏT: Günlərlə düşməyən qızdırma bu xəstəliyin əlamətidir: "...ölüm faizi yüksəkdir"

Son vaxtlar azyaşlı uşaqlar arasında qızdırma halları çox müşahidə olunur. Hətta elə olur ki, qızdırma günlərlə davam edir, qızdırmasalıcı dərmanların isə heç bir köməyi olmur. Bəs görəsən azyaşlılar arasında çox rast gəlinən bu hal hansı xəstəliyin əlamətidir və uşaqların sağlamlığı üçün hansısa fəsadları ola bilərmi? Son.az ailem.az-a istinadən bununla bağlı pediatr Altay Abdullaoğlunun fikirlərini təqdim edir.

Həkim bildirir ki, bu, ən qorxulu xəstəliklərdən olan kavasaki xəstəliyinin əlaməti ola bilər. Kavasaki koronar damarların (ürəyi qidalandıran damarların) zədələnməsi ilə yaranan sistemik bir xəstəlikdir: "Xəstəliyin səbəbi tam olaraq aydınlaşdırlmamışdır. Lakin infeksion mənşəli olması böyük ehtimaldır. Əsasən 5 yaşından kiçik uşaqlarda rast gəlinir. Xəstəlik ən az 5 gündən artıq çəkən və səbəbi açıqlanmayan qızdırma ilə başlayır. Qızdırma ilə bərabər gözlərdə qızarıqlıq (konyuktivit) müşahidə olunur. Bunlarla yanaşı xəstədə boyun limfa düyünlərində böyümə, boğazda şişkinlik, qızarıqlıq, quru, çatlamış, parlaq, şişkin dodaqlar, qırmızı dil (çiyələk dili), ətraflarda, gövdədə səpkilər, əllərdə və ayaqlarda şişkinlik və bundan bir müddət sonra barmaq uclarında soyulma əlamətləri müşahidə olunur".