Gədəbəydən Sumqayıta kartof gətirdi, peşman oldu


Digərləri 15 Mar 2018 21:33:00 322 0

Gədəbəydən Sumqayıta kartof gətirdi, peşman oldu

Sumqayıtda yük maşınından xeyli miqdarda kartof oğurlanıb.

Son.az bildirir ki, hadisə ötən gün gecə saatlarında şəhərin 9-cu mikrorayon ərazisində baş verib.

Gədəbəy rayon sakini Hörmət Hüseynov satış məqsədi ilə Sumqayıta gətirdiyi 1400 kq. kartof ötən gecə naməlum şəxs və ya şəxlər tərəfindən oğurlanıb. Zərərçəkmiş bildirir ki, öz həyətinin məhsulunu bir günə sata bilməyib.Yük maşınını keçmiş "Şərq bazarı" adlanan ərazidə saxlayıb və evə gedib. Səhər qayıdanda isə gözlərinə inanmayıb.

Hörmət Hüseynov ona ümumilikdə 1000 manatdan çox maddi ziyan vurulduğunu deyir. Faktla bağlı araşdırma aparılır.