Daha bir məşhur brend təbii xəzdən imtina etdi


Digərləri 15 Mar 2018 21:36:00 250 0

Daha bir məşhur brend təbii xəzdən imtina etdi

"Gucci", Tom Ford", "Givenchy" və "Michael Kors" brendlərindən sonra "Versace" də təbii xəz istifadəsindən imtina edib.

Son.az axşam.az-a istinadən bildirir ki, bu barədə moda evinin rəhbəri Donatella Versace məlumat yayıb. O, "1843" jurnalına müsahibəsində "Xəz? Mən artıq bu işlərdə yoxam. Dəb xətrinə heyvanları öldürmək düzgün deyil", - deyə bildirib. Bundan sonra o, süni xəzdən istifadə edəcəklərini deyib.