Azərbaycanlı aktrisa əsəbləşdi: "Soruşurlar ki, şəxsi həyatında nə yenilik var?" FOTO


Şou-biznes 15 Mar 2018 21:03:00 342 0

Azərbaycanlı aktrisa əsəbləşdi: "Soruşurlar ki, şəxsi həyatında nə yenilik var?"  FOTO

Aktrisa Xəyalə Quliyevanın Son.az-a müsahibəsi.

- Xəyalə xanım, teleaparıcı olsanız da bugünkü gündə daha çox aktrisalıqla məşğulsunuz. Niyə aparıcılıq etmirsiniz?

- Son 1 ilə kimi aparıcılıq edirdim, amma indi etmirəm. İnşallah, yenidən başlayacağam. Aparıcılığı atmamışam.

- Aparıcılıq, yoxsa aktrisalıq. Hansı sənət daha gəlirlidir?

- Hər ikisində də gəlir, maddiyat var, amma mənə daha doğma olan aparıcılıqdır.

- Bəs hansı çətindir?

- Əlbəttə ki, aktrisalıq.

- Bir zamanlar "Çəkirəm ha" verilişi sizi çox məşhur etdi. Bu, zarafat yönümlü bir veriliş idi. İstəyərsiniz yenə də elə bir veriliş aparasız?

- Bəli, bu veriliş məni çox məşhur etdi. Elə indi də adım çəkiləndə "Çəkirəm ha Xəyalə" deyirlər. Bundan sonra mən fərqli kanallarda və fərqli formatda 7 veriliş aparmışam. Amma heç birinin adıyla demirlər.

- Darıxırsınız "Çəkirəm ha" üçün?

- Əlbəttə ki, darıxıram. "Çəkirəm ha" 6 il efirdə getdi, 6 ilin 5 ilini bu veriliş çox gözəl reytinq verdi. Sonuncu il isə gördük ki, reytinqlər nisbətən aşağı düşüb. Mənə elə gəlir ki, biz bu verilişi elə vaxtında bağladıq.

- Ekranda gözünüzdən düşənlər çox olub?

- Xeyr, ekranda heç kim gözümdən düşmür. Ekranda görüb bəyənirəm, həyatda tanıyandan sonra gözümdən düşür. O insan bir müddət maskalana bilər, sonra get-gedə özünün əsl simasını göstərir.

- İnsanları tanıyanda reaksiyanız necə olur?


Xəbərə aid fotolar