Nazirlik "Adobe"la bağlı xəbərdarlıq etdi


Digərləri 15 Mar 2018 20:50:00 309 0

Nazirlik "Adobe"la bağlı xəbərdarlıq etdi

"Adobe" şirkəti "Adobe Flash Player", "Connect və Dreamweaver"dəki təhlükəsizlik boşluqlarının qarşısının alınması məqsədilə müvafiq təhlükəsizlik yeniləmələrini təqdim edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti istifadəçilərə və inzibatçılara (administrator) təqdim olunan təhlükəsizlik yeniləmələrini quraşdırmağı tövsiyə edir.

Son.az bildirir ki, Elektron Təhlükəsizlik Xidməti nəzərinizə çatdırır ki, bədniyyətlilər yoluxmuş sistemlərin idarəedilməsi üçün bu adıçəkilən proqram təminatlarındakı boşluqları istismar edə bilər.

Belə ki, "Adobe Flash Player"in 28.0.0.161 və əvvəlki versiyalarındakı boşluqların (CVE-2018-4919 və CVE-2018-4920) qarşısının alınması üçün buraxılan yeniləmələr "Windows", "Macintosh", "Linux" və "Chrome" əməliyyat sistemləri (ƏS) üçün nəzərdə tutulub.

Yeniləmələri yükləyib quraşdırmaq üçün "Adobe Təhlükəsizlik Bülleteni"nin "Həll (Solution)" bölməsindən istifadə edilməsi tövsiyə olunur:

https://helpx.adobe.com/security/products/flash-player/apsb18-05.html