“İpoteka haqqında” qanuna dəyişiklik təklif olunur


Digərləri 15 Mar 2018 20:52:00 321 0

“İpoteka haqqında” qanuna dəyişiklik təklif olunur

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə ipoteka kreditləri üzrə İşçi Qrupunun növbəti görüşü baş tutub.

Son.az Trend-ə istinadən bildirir ki, görüş assosiasiyanın sədri Mustafa Abbasbəyli və həyat sığorta şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilib.

İpoteka və Zəmanət Fondunun "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə dəyişiklik təşəbbüsü ilə çıxış etməsi görüşün əsas müzakirə mövzusu olub. Görüş zamanı sığortaçıların Fondla görüş təşkil etməsinin zəruriliyi vurğulanıb. Həmçinin, Qanuna təklif olunan dəyişikliyin edilməməsinin daha məqsədəmüvafiq olacağını əsaslandıran fikirlər və təkliflər irəli sürülüb.