Səid Rüstəmovun mahnılarından ibarət konsert


Kriminal 15 Mar 2018 20:15:00 332 0

Səid Rüstəmovun mahnılarından ibarət konsert

Martın 14-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun mahnılarından ibarət konsert keçirilib.

Konsertdə Respublikanın Əməkdar artistləri İlqar Muradov, Lalə Məmmədova, Anar Şuşalı, Rəşad İlyasov, Teyyub Aslanov, Zöhrə Abdullayeva, Fehruz Səxavət, Fərid Əliyev, Ehtiram Hüseynov, tanınmış ifaçılar Nadir Qafarzadə, Sərxan Bünyadzadə, Xəyyam Nisanov, Aytən Məhərrəmova, Nurlan Növrəsli, Arzu Əliyeva, İlahə Əfəndiyeva, Sahib İbrahimov, Çinarə Şirin, Taleh Yəhyayev, Günay İmamverdiyeva, aşıq Samirə, aşıq Əli və başqaları iştirak ediblər. Konsertdə sevilən müğənnilərin ifasında bəstəkarın biri-birindən gözəl, qəlbə yatan və unudulmaz mahnılarını səsləndirilib.


Xəbərə aid fotolar