Binəqədi məktəbliləri “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvana yola düşüblər (FOTO)


Digərləri 15 Mar 2018 20:00:00 231 0

Binəqədi məktəbliləri “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvana yola düşüblər (FOTO)

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir keçirilib.

Bakı. “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, aparatın şöbə müdiri Elman Dadaşov, Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, məktəb direktorları, valideynlər, ASAN Könüllüləri, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak ediblər. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsi önünə gül qoyulub. Tədbirdə çıxış edən 83 nömrəli məktəb-liseyin direktoru Nəbi Mahmudov son zamanlar ölkədə gedən inkişafın ölkə başçısı İlham Əliyevin gərgin əməyinin bəhrəsi olduğunu bildirib. “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçısının valideyni Nazim Behbudzadə bu layihənin məktəblilərə göstərilən diqqət və qayğının bariz nümünəsi olduğunu deyib. Sonra çıxış edən 283 nömrəli tam orta məktəbin şagirdi Xədicə Məşrik, 103 nömrəli tam orta məktəbin şagirdi Tofiq Məmmədəliyev, 83 nömrəli məktəb-liseyin şagirdi Züleyxa Musayeva “Ölkəmizi tanıyaq” tur-aksiyasının onların həyatında çox böyük və yaddaqalan olacağı fikrini səsləndiriblər.