Bilik Fondu Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı silsilə tədbirlər keçirir (FOTO)


Digərləri 15 Mar 2018 19:52:00 251 0

Bilik Fondu Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı silsilə tədbirlər keçirir (FOTO)

Martın 15-də beş məkanda maarifləndirici tədbirlər keçirilib.

Bakı. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması və 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncamların tələblərindən irəli gələrək, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlərini davam etdirir. Fonddan Trend-ə verilən məlumata görə, bu məqsədlə martın 15-də beş məkanda maarifləndirici tədbirlər keçirilib. Salyan rayon Peşə Liseyində gerçəkləşən tədbiri giriş sözü ilə təhsil ocağının direktoru açaraq, Fondla əməkdaşlıq nəticəsində görülən işlərdən danışıb. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümmətova “Cümhuriyyət dövründə ədəbiyyat” mövzusunda mühazirə ilə çıxış edib. Cümhuriyyətin tarixi, yaranma şəraitini qeyd etməklə yanaşı, həmin dövrdə yaranan ədəbiyyatın əsas məqsəd və vəzifələri barədə söhbət açan məruzəçi M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Ə.Hüseynzadə, Ə.Cavad və A.İldırımın həyat və fəaliyyətləri barədə ətraflı danışıb. X.Hümmətova onu da qeyd edib ki, AXC dövründə yaranan ədəbiyyat M.F. Axundov, N.Nərimanov, F.Köçərli, S.Ə.Şirvani, N.Vəzirov, Ə.Haqverdiyev və başqa ədiblərimiz tərəfindən əsası qoyulan ənənələrdən güc alıb və qayəsində “dövlətdən və milli dövlətçilik şüurundan qiymətli heç nə yoxdur” ideyası durur. Məruzəçi sonda Xalq Cümhuriyyəti dövründə yaşayıb yaradan sənətkarlar və onların əsərləri haqqında tələbələrə ətraflı məlumat verərək bildirib ki, vətənpəvərlik, əzmkarlıq hissi ilə yaşamaq ən gözəl həyat yoludur. Şabran rayonu Gəndov kənd klubunda təşkil olunan mühazirə “Şabran-Quba bölgəsində bolşevik və erməni-daşnak dəstələrinə qarşı mübarizə” mövzusunda olub.