Azərbaycan idmançıları Dünya Kubokunun ilk günündə çıxışlarından razı qalıblar


Digərləri 15 Mar 2018 19:14:00 239 0

Azərbaycan idmançıları Dünya Kubokunun ilk günündə çıxışlarından razı qalıblar

Azərbaycan gimnastları Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ilk günü çıxışlarından razı qalıblar.

Bakı. Maksim Tsurkov - Azərbaycan gimnastları Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ilk günü çıxışlarından razı qalıblar. Trend-in məlumatına görə, M.Nekrasova çıxışı ilə bağlı deyib: "Bu gün dayaqla tullanma, müxtəlif hündürlüklü qollarda çıxışımı bitirdim, ümid edirəm ki, hər iki növdə finala çıxa bilmişəm". Y.İnşina da dayaqla tullanmada öz çıxışından razı qaldığını deyib: "Daha yaxşı da çıxış etmək olardı. İndi sabah üçün hazırlaşmağa başlayacağam. Bir final artıq var. Sabah daha iki alətdə təsnifat yarışları olacaq". M.Smirnova bildirib ki, çıxışı ilə bağlı düşündüklərini yerinə yetirib: "İndi digər nəticələri gözləmək qalır ki, bilək finala çıxa bilmişəm, ya yox. Sabah isə məni daha bir alət gözləyir".