İdman gimnastikası üzrə Dünya Kubokunda halqalarda finalçılar məlum olub


Digərləri 15 Mar 2018 19:09:31 293 0

İdman gimnastikası üzrə Dünya Kubokunda halqalarda finalçılar məlum olub

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda halqalarda hərəkətlərdə finalçılar məlum olub

Bakı. Ənvər Məmmədov - Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda halqalarda hərəkətlərdə finalçılar məlum olub. Trend-in məlumatına görə, finala Elefterios Petrunias və Konstantinos Konstantinidis (Yunanıstan), Fuya Maeno və Kadzuma Kaya (Yaponiya), İbrahim Çolak (Türkiyə), Sinyu Lan (Çin), Kazimir Şmidt (Niderland) və İlya Yakovlev (Belarus) vəsiqə qazanıb. Azərbaycanlı gimnastlar bu növdə iştirak etməyib. Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında İdman Gimnastikası üzrə Dünya Kubokuna start verilib.