“Milan”ın sahibi dəyişə bilər


İdman 15 Mar 2018 18:56:00 259 0

“Milan”ın sahibi dəyişə bilər

Çinli iş adamı Li Yunxun İtaliyanın “Milan” futbol klubunu sata bilər.

Goal.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, klubu almaqda Dubayın hakim Əl-Maktum ailəsinin üzvü Səid Əl-Falasi maraqlıdır. O, müxtəlif sektorlarda fəaliyyət göstərən “International Triangle Group”un sahibidir.

2016-cı ildə “Milan”ın zərəri 75 milyon avro olub və bu rəqəmin artacağı proqnozlaşdırılır. Çünki İtaliya təmsilçisi yay transfer dönəmində 230 milyon avro xərcləyib.

Cennaro Qattuzonun baş məşqçisi olduğu komanda İtaliya A seriyasının geridə qalan 27 turundan sonra 47 xalla 6-cı pillədə qərarlaşıb. “Milan” Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda öz meydanında İngiltərənin “Arsenal” komandasına uduzub - 0:2. Cavab oyunu bu gün keçiriləcək. 

Qeyd edək ki, 2017-ci ilin aprelində Silvio Berluskoninin sahibi olduğu “Fininvest” şirkəti “Milan”ın səhmlərinin 99,9 faizini 740 milyon avro qarşılığında Li Yunxunun konsorsiumuna satıb. O, klubu almaq üçün ABŞ-ın “Elliott Management” şirkətindən kredit götürüb.