Gülben keçmiş ərinə məhkəmədə uduzdu


Digərləri 15 Mar 2018 18:36:00 235 0

Gülben keçmiş ərinə məhkəmədə uduzdu

Müğənni Gülben Ergenin şikayəti əsasında zorla həbsi tələb edilən aparıcı-jurnalist Erhan Çelik bəraət qazanıb.

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçı məhkəmənin uzaqlaşdırma qərarından sonra eks-həyat yoldaşının bu qərara əməl etmədiyini və ona qarşı təhqir, hədə dolu sözlər işlətdiyini iddia etmişdi.

Məhkəmə Çelikin 3 ay boyunca Ergenə və uşaqlarına 50 metrdən artıq yaxınlaşmasını qadağan etmişdi. Gülbenin vəkili Erhanın bu qərara uymadığını söyləmiş və zorla həbsini istəmişdi. İstanbul 11-ci Ailə Məhkəməsi isə qadağanın pozulmadığına və Erhan Çelikin bəraət qazanmasına qərar verib.