"Zirə"nin futbolçusu Moldova yığmasına dəvət aldı


İdman 15 Mar 2018 18:35:00 262 0

"Zirə"nin futbolçusu Moldova yığmasına dəvət aldı

“Zirə” komandasının futbolçusu Aleksandr Dedov Moldova yığmasına çağırılıb.

Goal.az xəbər verir ki, baş məşqçi Aleksandr Spridonun dəvət göndərdiyi 24 futbolçu arasında 28 yaşlı hücumçunun da adı var. "Səbail"də çıxış edən digər moldovalı Yevgeni Koçuk isə yenə milliyə çağırılmayıb. 

Qeyd edək ki, Moldova yığması martın 27-də Fransanın paytaxtı Parisdə Kot-Divuar millisi ilə yoldaşlıq oyunu keçirəcək.