Malayziyada azərbaycanlı xanım “ser” titulunu aldı


Digərləri 15 Mar 2018 17:14:00 256 0

Malayziyada azərbaycanlı xanım “ser” titulunu aldı

Azərbaycan Respublikasının vətəndaşı Nərgiz Səfərova Malayziya taxt-tacının PMW/ Datuk Panglima Mahkota Wilayah "cəngavər" tituluna layiq görülüb. Bu titul Böyük Britaniyanın "ser" titulunun ekvivalenti sayılır.

Son.az bildirir ki, bu dövlətin KİV-lərinin yaydığı məlumata görə, Malayziya kralı, əlahəzrət Y.A.B Perdana Menteri, KDYMM Seri Paduka BagindaYangdi -  Pertuan Agong  XV, Sultan Muhammad V ölkəsinin Federasiya günü münasibətilə uzun illər davam edən məhsuldar əməkdaşlığa yüksək qiymətləndirərək Nərgiz Səfərovanı bu ada layiq görüb.

Daha dəqiqi, həmyerlimiz "Malayziyanın turizmin inkişafına tövhəsi və inkişafında nailiyyətlərinə, onun bütün dünyada tanıtdırılmasına görə" mükafatlandırılıb. Təntənəli mərasim Kuala-Lumpurda, İstana Neqara kral sarayında baş tutub.

Datuk 1965-ci ildə təsis edilmiş ənənəvi, federal əhəmiyyətli rəmzi tituldur. Bu titul həmçinin Bruney və İndoneziyada istifadə edilir. Titul xaricilərə xüsusilə nadir hallarda, onların ölkə qarşısında böyük xidmətləri olduqda verilir. Rəsmi mənbələrə görə "datuk" titulu "ser" titulunun ekvivalentidir. Bu titulun sahibinə ölkədə müəyyən üstünlüklər verilir, o müəyyən qaydalara əmək etməlidir. "Datuk" titulu ilə Malayziyada Jimmy Choo (məşhur ayaqqabı və aksessuar dizayneri), Jackie Chan (məşhur kino aktyoru) kimi məşhurlar layiq görülüb.

Bu titulun sahibləri yerli zadəganlar sırasına aid edilirlər. Eyni vaxtda ölkədə 400-dən çox "datuk" ola bilməz.  

Nərgiz xanım Malayziyada bu cür yüksək dövlət mükafatı almış ilk əcnəbidir.

Malayziya Sinqapur kimi yalnız Asiyada deyil, bütün dünyada turizm industriyasında dəb qaydalarını müəyyənləşdirən ölkədir. Dünyanın 10 ən iri turizm ölkəsi sırasına daxil olan dövlətdən (Malayziya ildə 25 milyon nəfərdən çox turist qəbul edir, paytaxt Kuala-Lumpur isə turist sayına görə dünyada 10-cu yeri tutur) belə yüksək mükafat almaq çox yüksək bir qiymətdir.


Xəbərə aid fotolar