Vicdanını xaricə satan müxalifət


Siyasət 15 Mar 2018 17:17:00 332 0

Vicdanını xaricə satan müxalifət

Uğursuzluqla nəticələnən "mitinq"dən sonra müxalifət düşərgəsində hər kəsə məlum olan acınacaqlı proseslər daha ağır forma almağa başlayıb. Bu baxımdan, mitinq təşkilatçıları bir-birinin ünvanına müxtəlif ittihamlar səsləndirirlər. Özünü "ana" müxalifət kimi cəmiyyətə sırımağa çalışan partiya "lideri" atdığı bu addım ilə, bir daha sübut olunur ki, onlar anti-Azərbaycan qüvvələrinin sifarişi ilə hərəkət edirlər. Siyasi arenada varlıqlarını sübut etmək üçün əllərindən gələni və hətta gəlməyəni nümayiş etdirmək üçün bu insanlar yaman "fəallaşıblar". Əli Kərimli isə anormal fəaliyyəti ilə xarici havadarlarına sübut eləməyə çalışır ki, o, siyasi səhnədə var, mübarizə aparır və "ana müxalifət" də elə AXCP-dir. Elə bu səbəbdən də, çaxnaşmalar yaratmaq üçün ayrılan maliyyə vəsaiti yalnız onun özünə verilməlidir.

Göründüyü kimi, artıq müxalifət düşərgəsi parçalanıb və pərakəndə bir haldadır. Demək olar ki, bu, dəfələrlə təkrarlanan görüntünün növbəti davamıdır. Bir qism müxalifətçilər özlərini bir kənara çəkir və elə fikirləşirlər ki, onlar aparıcı müxalifətdir və tək lider özlədir. Bu isə havadarlarının gözündə ucalmaq və gündəmdə qalmaq arzusundan irəli gəlir. Məlum faktdır ki, müxalifət düşərgəsində partiya liderlərinin bir-birlərinə inamsızlığı mövcuddur. Bu da düşərgədəki "lider"lərin hər birinin özlüyündə özünəxas xüsusiyyətə malik olmasından irəli gəlir. "Mitinq"sonrası toplantılarında da yeni heç bir şey söyləmədiklərindən, yenə də heç nə edə bilmədilər. Yaxın keçmişə nəzər salanda da, görünür ki, bu şəxslər bir-birlərinə qarşı ən ağılagəlməz ittihamlar irəli sürüblər və bəs bu gün nə əldə ediblər. Sabah yenə də həmin proseslər davam edəcək.

Dağıdıcı müxalifətin fəaliyyətinin nədən ibarət olduğu ictimaiyyətə kifayət qədər məlumdur. Çünki Azərbaycan xalqı kimin kim olduğunu çox yaxşı bilir. Bu adamlar yüz dəfələrlə simalarını dəyişdiriblər. Yaxşı olardı ki, Ə.Kərimli özünün pul qarşılığında tutduğu buyruq qullarının arxasından çıxsın. Siyasəti bu cür ləyaqətsiz bir səviyyədə aparmaq olmaz. Daha yaxşı olar ki, sosial şəbəkələrdə övladları haqqında yayılan xəbərlərdən nəticə çıxarsın. Övladlarına sahib çıxa bilməyən bir kəs, xalqın qayğısına necə qala bilər?

Afət

SİA