Sağlamlıq imkanları məhdud uşaqlar üçün oftalmoloji müayinələr keçirildi


Digərləri 15 Mar 2018 17:12:00 292 0

Sağlamlıq imkanları məhdud uşaqlar üçün oftalmoloji müayinələr keçirildi

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində humanitar aksiya keçirib.

Bakı. İlhamə İsabalayeva - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində humanitar aksiya keçirib. Mərkəzin Elmi təşkilati bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq 5-18 yaşlı təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətlər göstərilir. Aksiya zamanı 100-ə qədər pasiyent müayinə edilib.