“Azərbaycan Hava Yolları” və “Silk Way Travel” Moskvada turizm sərgisində iştirak edib


Digərləri 15 Mar 2018 17:19:26 200 0

“Azərbaycan Hava Yolları” və “Silk Way Travel” Moskvada turizm sərgisində iştirak edib

“Azərbaycan Hava Yolları” və “Silk Way Travel” Moskvada MITT-2018 turizm sərgisində iştirak edib

Bakı. Moskvada milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" və AZAL-ın əsas tərəfdaşı – “Silk Way Travel” turizm agentliyinin də iştirak etdiyi "Səyahət və turizm" MITT 2018 25-ci yubiley beynəlxalq sərgisi başa çatıb. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, AZAL və “Silk Way Travel” Mədəniyyət və Turizm Nazirliyi, eləcə də digər yerli şirkətlər ilə birgə "Azərbaycan" vahid stendində öz aviasiya və turizm imkanlarını təqdim ediblər. Sərgi çərçivəsində həmçinin əməkdaşlıqda maraqlı olan xarici turizm operatorları, korporativ müştərilər, turizm sahəsinin nümayəndələri ilə turizm sahəsində əməkdaşlığın yaradılması və inkişafı məqsədi ilə görüşlər və danışıqlar keçirilib. Sərgi iştirakçıları və ziyarətçilərinə Azərbaycanın ilk loukost aviaşirkəti “Buta Airways” haqqında aktual və faydalı məlumat təqdim olunub. Sərgi ziyarətçiləri loukosterin marşrut şəbəkəsinin istiqamətləri və onu digər aşağı büdcəli aviaşirkətlərdən fərqləndirən cəhətlərlə tanış olublar.