Məhkəmə "Çudo Peçka"nın sahibinin vəsatətlərini təmin etdi


Digərləri 15 Mar 2018 16:24:00 250 0

Məhkəmə "Çudo Peçka"nın sahibinin vəsatətlərini təmin etdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Çudo Peçka" və "ÇP Aqro" MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda Ç. Cəlilovun vəkili Janna Bağırova bağlanan kredit müqavilələrinin sənədlərinin məhkəmədə araşdırılması ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin edib və kredit müqavilələrinin sənədlərin tədqiqi mərhələsində araşdırılmasını qərara alıb.

Sonra J. Bağırova yeni vəsatətlə çıxış edib. O, Ç. Cəlilova verilən ittihamla bağlı "Bank Standard" QSC-yə sorğu verilməsi ilə bağlı vəsatət verib.

Məhkəmə bu vəsatəti də təmin edib.

Vəkil yenidən məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı da vəsatət verib.