Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə“Cisco” Anlaşma Memorandumu imzalayıb


Digərləri 15 Mar 2018 16:23:00 350 0

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə“Cisco” Anlaşma Memorandumu imzalayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NYRTN) “Cisco” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NYRTN) “Cisco” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, imzalanma mərasimində milli rəqəmli infrastrukturun yaradılması, kadr potensialının gücləndirilməsi, sosial-iqtisadi sahələrdə biznes innovasiyalarının tətbiqi məsələləri müzakirə olunub. Əsas müzakirə mövzusu kimi seçilən hər üç strateji istiqamət ölkədə elektronlaşma prosesinin sürətləndirilməsinə, əhalinin bu sahədə biliklərinin artırılmasına, xərclərin azaldılması və yeni gəlir mənbələrinin yaradılmasına imkan verəcək. Tərəflər arasında əldə olunan razılığa əsasən, şəbəkə avadanlıqları və kibertəhlükəsizlik sahəsində lider olan “Cisco” şirkətinin texniki imkanları vasitəsilə müasir, son texnologiyalara əsaslanan İKT həllərinin ölkəmizdə tətbiqi üzrə əməkdaşlıq ediləcək.