"İkinci dəfə ailə qurmasını istəyərəm" Anası Nigardan danışdı FOTO


Şou-biznes 15 Mar 2018 16:28:00 302 0

"İkinci dəfə ailə qurmasını istəyərəm"  Anası Nigardan danışdı  FOTO

Müğənni Nigar Camal bu dəfə anası Səidə xanımla fotokameramız qarşısına keçib. 

Son.az xəbər verir ki, axşam.az-a açıqlama verən Səidə xanım qızından danışıb. O, Nigarın sevdiyi və sevmədiklərini açıqlayıb:

"Nigar çox təmizkar qızdır. Evdə hər şey yerində olmalıdır. Dalaşmağı yoxdur, amma hər yer çirkli olanda xoşlamır. Balığı heç sevmir və yemir. Nigarin gözəl əl qabiliyyəti var, dadlı yeməklər bişirir. Çox iş görmür, çünki evimizdə işləyən var.

Uşaqlarına qarşı çox ciddidir. Nəvələrim Londonda yaşasalar da, Bakını çox sevirlər. Zavod çörəyi xoşlayırlar. Nigar tələbkar anadır. Onlardan hər zaman dərslərini oxumalarını və bir-biri ilə mehriban olmalarını tələb edir. Onlara bizim mentalitetimizə xas olan mehribançılığı öyrətməyə çalışır". Səidə xanım sosial şəbəkədə qızına yazılan tənqidlərdən danışıb. o bildirib ki, mənfi fikirlər onu da incidir:

"İnsanı tanımırlar, onlara lazımsız nələrsə yazırlar. Bu qədər tənqidçi olmasınlar. Məni üzən şərhlər çox olub. Tək Nigara yox, bütün tanınmışlara qarşı belə sərtdilər. Nigara qarşı haqsız davranırlar. Anası olduğum üçün demirəm, Nigar çox mehriban, yaxşı qızdır. Ona görə də yazan insanlar gərək adamı tanısınlar. Mənim 


Xəbərə aid fotolar