Murad Ağarzayev: "Digər alətlərdə layiqli nəticə göstərməyə çalışacağam"


Digərləri 15 Mar 2018 16:17:00 322 0

Murad Ağarzayev: "Digər alətlərdə layiqli nəticə göstərməyə çalışacağam"

Azərbaycanlı gimnast Murad Ağarzayev Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlərdə təsnifat mərhələsində çıxışından razı qalmayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, o, yarışların ilk günündən daha yaxşı nəticə gözlədiyini bildirib:

"Mən gözləmirdim ki, belə səhv buraxacağam. Ötən il Dünya Kubokunun finalında da mən böyük səhv etdim, bu il də təəssüf ki, belə oldu. Ümid edirəm ki, gələcək yarışlarda bu baş verməyəcək".

Gimnastın fikrincə, daha çox məşq etmək və səy göstərmək lazımdır:

"Bu, mənim əsas alətim idi, mən bu növdə finala çıxmağa ümid edirdim. İndi 12,766 xalla finala çıxmaq dünyanın səkkizinci möcüzəsi olacaq. Sabahkı günü gözləyək, çalışacağam ki, digər alətlərdə yaxşı nəticə göstərim".