Lavrov: "Xəzər dənizinin statusu barədə konvensiya bu il imzalanacaq"


Siyasət 15 Mar 2018 15:59:00 268 0

Lavrov: "Xəzər dənizinin statusu barədə konvensiya bu il imzalanacaq"

"Xəzər dənizinin statusu barədə konvensiya bu il imzalanacaq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

Nazir bildirib ki, konvensiya bu il Qazaxıstanda keçiriləcək beşinci sammit zamanı imzalanacaq:

"Dekabr ayında Moskvada Xəzəryanı ölkələrin XİN rəhbərləri toplandı və bu konvensiyanın bütün maddələri razılaşdırıldı. Hazırda hər üzv ölkənin dilində olan mətnlərin tutuşdurulması prosesi gedir".