Latviyanın keçmiş prezidenti: "Azərbaycan regionun lideridir və qlobal müzakirələr üçün bir platformadır"


Siyasət 15 Mar 2018 15:45:18 286 0

Latviyanın keçmiş prezidenti: "Azərbaycan regionun lideridir və qlobal müzakirələr üçün bir platformadır"

"Beynəlxalq ictimaiyyət üçün əsas dəyərlər əməkdaşlıq və qarşılıqlı anlaşmadır"

"Azərbaycan regionun lideridir və qlobal müzakirələr üçün bir platformadır".

"Report"un verdiyi xəbərə görə, bunu VI Qlobal Bakı Forumu çərçivəsində Latviyanın keçmiş prezidenti Valdis Zatlers deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət üçün əsas dəyərlər əməkdaşlıq və qarşılıqlı anlaşmadır, və məhz Bakıda keçirilən Qlobal Forum bu mövzulardan yaranan suallara cavab verir.