Gömrükçülər bir milyon saxta aksiz markasını saxlayıblar


Digərləri 15 Mar 2018 15:30:14 225 0

Gömrükçülər bir milyon saxta aksiz markasını saxlayıblar

Gömrük əməkdaşları külli miqdarda saxta aksiz markasının Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıblar.

Bakı. Gömrük əməkdaşları külli miqdarda saxta aksiz markasının Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdar əsinin “Sınıq Körpü” gömrük postunda TürkiyəRespublikasından Azərbaycan Respublikasına gələn “Mercedes-Benz” markalı,34UG2028 nömrə nişanlı sərnişin avtobusunun sürücü köməkçisi Azərbaycanvətəndaşı Səbuhi Ramiz oğlu İsmayılov gömrük nəzarətinə “sellofan rulon” adı altında 4 ədəd çanta bəyan edib. Həmin çantalar müvəqqəti saxlanc üçün müvafiq qaydada “Sınıq Körpü” gömrük postunun anbarına təhvil verilib. Lakin sonradan daxil olan məlumat əsasında, çantalara hal şahidlərinin və çantalaraı gömrük nəzarətinə təqdim edən vətəndaşın iştirakı ilə baxış keçirilib.