"Özümə ən dəli qadın kimi baxıram" Elza VİDEO FOTO


Şou-biznes 15 Mar 2018 15:25:00 285 0

"Özümə ən dəli qadın kimi baxıram"  Elza  VİDEO  FOTO

ARB TV-nin "Sirdaş Rövşanə" verilişinin qonağı olan Əməkdar artist Elza Seyidcahan maraqlı açıqlamalar verib.

Son.az bildirir ki, o, kişi-qadın münasibətlərindən danışıb:

"Kişi qadına icazə verməlidir ki, ailəni qadın idarə etsin. Bizim evdə babam qazanırdı, nənəmə verirdi. Nənəm də evi elə yaxşı dolandırırdı ki... Zövq alaram ki, evimi təmizləyim. İndi mən özümə ən dəli qadın kimi baxıram. Evimi özüm təmizləmirəm. Ayda bir dəfə adam çağırıram, gəlib evi təmizləyir. Heç nəyin də yerini bilmirəm. Paltarlarımı da axtaranda tapmıram. Mən nə qadınam ki, paltarımın yerini bilmirəm. Əvvəl evimi təmizləyirdim, iynəmin də yerini bilirdim".


Xəbərə aid foto