"Liverpool"un futbolçusu zədəsini təzələyib


İdman 15 Mar 2018 15:30:00 242 0

"Liverpool"un futbolçusu zədəsini təzələyib

"Liverpool"un yarımmüdafiəçisi Adam Lallana Premyer Liqanın 30-cu turunda "Manchester United"ə qarşı oyunda (1:2) növbəti dəfə zədələnib. Goal.az xəbər verir ki, 29 yaşlı havbek İngiltərə millisinin martda keçirəcəyi yoldaşlıq görüşlərində oynamayacaq. İngilisləri Hollandiya (23 mart) və İtaliya (27 mart) ilə oyunlar gözləyir. Lallana 31-ci turda baş tutacaq "Liverpool" - "Watford" matçında da komandasına kömək edə bilməyəcək.