Rosen Plevneliev: Qlobal Bakı Forumu beynəlxalq məsələlərin müzakirəsi üçün çox gözəl imkanlar yaradır


Digərləri 15 Mar 2018 15:16:00 203 0

Rosen Plevneliev: Qlobal Bakı Forumu beynəlxalq məsələlərin müzakirəsi üçün çox gözəl imkanlar yaradır

"Qlobal Bakı Forumu hər il əhəmiyyətini daha da artırır və dünya qarşısında duran çağırışlar ilə bağlı mühüm müzakirələrin keçirildiyi bir platformaya çevrilib".

Bakı. Elçin Mehdiyev – Qlobal Bakı Forumu hər il əhəmiyyətini daha da artırır və dünya qarşısında duran çağırışlar ilə bağlı mühüm müzakirələrin keçirildiyi bir platformaya çevrilib. Trend-in məlumatına görə, bunu Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev deyib. R.Plevnelievin sözlərinə görə, forum keçmiş və hazırki prezidentlərin, hökumət başçılarının, dünyanın tanınmış siyasətçilərinin və siyasi ekspertlərin bir araya gəlməsi və mühüm əhəmiyyət kəsb edən beynəlxalq məsələlərin müzakirəsi üçün çox gözəl imkanlar yaradır. Sabiq prezident forumda iştirak etməkdən şad olduğunu bildirib. O qeyd edib ki, dünyada mövcud olan problemlərin həlli üçün onların mütləq müzakirəsi aparılmalıdır: "Bu gün problemləri müzakirə etməli və onların həlli yollarını tapmalıyıq. Biz hamımız sülh, tolerantlıq istəyirik. Bu baxımdan qlobal forum çox vacib məkandır". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin