Ağsu sakini Şirvanda itkin düşüb - FOTO


Sosial 15 Mar 2018 15:02:37 196 0

Ağsu sakini Şirvanda itkin düşüb - FOTO

O, müalicə aldığı Şirvan Şəhər Regionlararası Onkoloji Xəstəxanadan çıxaraq bir daha geri qayıtmayıb

Şirvan şəhərində 56 yaşlı kişi itkin düşüb. 

Bu barədə "Report”un Aran bürosuna DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, Ağsu rayon sakini, 56 yaşlı Cəmaləddin Məmmədov cari il martın 8-də müalicə aldığı Şirvan Şəhər Regionlararası Onkoloji Xəstəxanadan çıxaraq bir daha geri qayıtmayıb.

Onunn əlamətləri belədir: Boyu 172 sm., arıq bədən quruluşlu, seyrək saçlı, gözlərinin rəngi qonurdur. Xəstəxanadan çıxarkən əynində qəhvəyi rəngli gödəkçə, qara rəngli don və qara ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 şəhər və (051) 425-28-01mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.