Fransa Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər görəcək


Dünya 15 Mar 2018 14:56:33 242 0

Fransa Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər görəcək

Buna səbəb Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki və qızına Londonda sui-qəsd cəhdidir

Fransa prezidenti Emmanuel Makron Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi ilə əlaqədar yaxın günlərdə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər görəcəklərini elan edəcək.

“Report” xəbər verir ki, məlumatı “Reuters” agentliyi yayıb.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberidə ticarət mərkəzinin yaxınlığındakı skamyada tapılıb. Onlar zəhərlənmə ilə xəstəxanaya çatdırılıblar. Bu hadisədə xəsarət alanların sayı, təxminən, 21 nəfərdir. Onların arasında hadisə yerinə ilk çatan Nik Beyli adlı şəxs də var.

Britaniya hakimiyyəti Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib.

Rusiya tərəfi hadisə barədə əlavə məlumata malik olmadığını və istintaqla bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Rəsmi London Rusiya Baş Kəşfiyyat İdarəsinin Britaniya vətəndaşı, keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsinə cavab olaraq Rusiyanın 23 diplomatını Krallıqdan çıxarıb.