Prokuror Qalib Arifin oğluna 8 il həbs cəzası tələb etdi


Digərləri 15 Mar 2018 14:32:00 280 0

Prokuror Qalib Arifin oğluna 8 il həbs cəzası tələb etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Arif Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrlik etdiyi iclasda prokuror çıxış edib. O, A. Rəhimovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ötən il sentyabrın 7-də paytaxtın Səbail rayonunda iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı başlanmış cinayət işi üzrə "Subaru" markalı avtomobilin sürücüsü Arif Rəhimov təqsirləndirilən şəxs qismində saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi "Subaru" markalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Seymur Məmmədova məxsus "Toyota Prado" markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi "Opel" markalı avtomobilə çırpılıb.