Azərbaycanlı gimnast: Bakıdakı Dünya Kubokunun səviyyəsi çox yüksəkdir


Digərləri 15 Mar 2018 14:39:38 246 0

Azərbaycanlı gimnast: Bakıdakı Dünya Kubokunun səviyyəsi çox yüksəkdir

"Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun səviyyəsi çox yüksəkdir".

Bakı. Maksim Tsurkov - Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun səviyyəsi çox yüksəkdir. Bunu Trend-ə azərbaycanlı gimnast Timur Bayramov deyib. Ümumilikdə gimnast öz çıxışını qənaətbəxş qiymətləndirib: “Bir qədər sonluq istədiyim kimi alınmadı, amma ümumilikdə mən razıyam. Kombinasiyanın öhdəsindən gəldim ki, ən əsası da budur. Rəqiblər çox güclüdür. Təəssüf ki, finala çıxa bilmədim. Bu onu göstəriri ki, yarışların səviyyəsi çox yüksəkdir. Savah daha bir alətlə çıxış edəcəyəm. Çalışacağam ki, finala çıxmaq uğrunda mübarizə aparım”.