Qızının həyat yoldaşını bıçaqlayan şəxs həbs edildi


Digərləri 15 Mar 2018 14:02:15 209 0

Qızının həyat yoldaşını bıçaqlayan şəxs həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qızının həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Gündüz Novruzovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində qızının həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Gündüz Novruzovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin qərarı ilə G.Novruzovun barəsində olan başqa yerə getməmək qəti imkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.