Türkiyə XİN başçısı: "Bu format çərçivəsində ticarət və biznesin inkişafı üçün hər bir şəraiti yaradacağıq"


Siyasət 15 Mar 2018 13:45:17 264 0

Türkiyə XİN başçısı: "Bu format çərçivəsində ticarət və biznesin inkişafı üçün hər bir şəraiti yaradacağıq"

"Bu dörd ölkə qardaş və dostdur, biz qarşılıqlı faydalı dialoqa malikik"

"Bu dörd ölkə qardaş və dostdur, biz qarşılıqlı faydalı dialoqa malikik". 

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Bölgənin mürəkkəbliyini nəzərə alaraq yeni dördtərəfli format çərçivəsində ticarət və biznesin inkişafı üçün hər bir şəraiti yaradacağıq. Gömrük və birgə investisiyalarla bağlı məsələlər də nəzərə alınacaq", - o bildirib.